Gündəmİqtisadiyyat
Gələn ilin dövlət büdcəsi qəbul edildi
Gələn il dövlət büdcəsinin xərcləri 41 milyard 407,6 milyon manat olacaq.
ƏsasXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri isə 38 milyard 356 milyon manat olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.