Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonu olaraq,ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir”.
Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Ermənistanla böyük sərhədi olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. Belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Ermənistan Kəlbəcəri Azərbaycana qaytarmaq niyyətində olmadığını uzun illər bəyan edirdi. Lakin 44 günlük müharibədə ordumuz işğalçı ordunu diz çökdürdü. Ermənistan elə ağır məğlubiyyətlə üz-üzə qaldı ki, Kəlbəcər kimi böyük əraziyə və əhəmiyyətə malik rayonu döyüşsüz Azərbaycana-öz sahibinə qaytarmağa məcbur qaldı. Bütün bu vandalizmə, işğala Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi son qoymuş oldu. Ermənistan məğlub oldu və Kəlbəcərdən çıxmağa məcburi razılıq verdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə atılmadanişğaldan azad edilib.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Ölkə başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır.Heç şübhəsiz qeyd edim ki, bu gün Kəlbəcər öz rayonu öz yeni inkişaf dövrünü yaşayır. Haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub.Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi turizmin də inkişafı üçün böyük potensiala malikdir.Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan quruculuq işləri bu diyarın gözəl gələcəyindən,uğurlu perspektivindən xəbər verir və görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin doğma yurd-yuvalarına qayıdışını reallaşdıracaq.
Abbasova Yeganə,
Bakı şəhər Nizami Bələdiyyəsinin əməkdaşı, YAP-ın fəalı.