Analitika

Zirvə toplantısının Azərbaycanda keçirilməsi Azərbaycanın aparıcı rol oynamasına bir işarədir

Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatçıları üçün Xüsusi proqram SPECA nın 25-ci il dönümünə həsr olunan Zirvə görüşü keçirilmişdir.

Samitdə proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmlər iştrak ediblər. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxstan, Tacikistan, Qırğızstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəkləməsidir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı da daxil olmaqla, müxtəlif formatlarda əməkdaşlığı təkcə iqtisadi inteqrasiyanı artırmağa deyil, həm də o qədər uzaq olmayan regionlarda baş verən yeni çağırışlar və risklər fonunda bir-birini dəstəkləməyə imkan verərək bu əməkdaşlığa xüsusi önəm verir.

SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button