
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyada “Hayduk” və “Zirə” komandaları arasında təşkil olunacaq cavab görüşünün hakimləri müəyyənləşib.
ƏsasXəbər UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Luka Pairetto olacaq. Ona Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcəklər.
Dördüncü hakim isə Paride Tremoladadır.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də Spilit şəhərində keçiriləcək. İlk oyun isə iyulun 23-də Bakıda baş tutacaq.