Analitika

Zəngəzur dəhlizinin açılması üçün əlimizdən gələni edəcəyik

Sentyabrın 25-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfər edib. Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoydular.Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm. Hörmətli mətbuat nümayəndələri, son günlərdə bölgəmizdə kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram. Ərdoğanın Naxçıvana səfəri zamanı həmin niyyət İğdır-Naxçıvan qaz xəttinin təməlinin qoyulması ilə göstərildi.Şərqi Anadolu Təbii Qaz Əsas Xətti üzərindən çıxış alan İğdır Qaz Boru Kəmərinin davamı Naxçıvana qədər uzanacaq. Naxçıvana qədər olacaq boru kəmərinin uzunluğu 85 kilometrdir, bununla da Muxtar Respublikanın təbii qaza olan tələbatı tamamilə qarşılanacaq.Enerji sahəsindəki bu əməkdaşlıq bütövlükdə Azərbaycanın, o cümlədən Muxtar Respublikanın müdafiə vəziyyətində Türkiyənin, onsuz da, güclü olan qarantiyasını enerji faktoru ilə daha da gücləndirir.“Azərbaycanla Türkiyə arasında güclü bağ var. Məhz bu bağ sayəsində bir çox məsələdə qət olunan məsafə daha da artırılacaq. Bu səbəblə bir an öncə bu koridorun (Zəngəzur dəhlizinin) açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu koridorun reallaşması stratejidir və mütləq tamamlanmalıdır.  Bu dəhliz açıldıqda Bakıdan yola çıxan avtomobil və yaxud qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha çox güclənəcək. İrandan da bu mövzuda müsbət siqnalların gəlməsi sevindiricidir.”-Ərdoğan qeyd edib.

Səbinə Kazımova,
Bakı Slavyan universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button