
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın paytaxtı Romaya səfər edib.
ƏsasXəbər melumat verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Bildirilib ki, İtaliyaya səfəri çərçivəsində Zelenski həmkarı Sercio Mattarella və Papa XIV Leo ilə görüşəcək.
Həmçinin onun ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla da görüşü planlaşdırılır.
Qeyd edək ki, Zelenskinin Romaya səfəri 9-10 iyulda İtaliyada keçiriləcək Ukraynanın bərpasına dair beynəlxalq konfransla bağlıdır.