AnalitikaGündəmSiyasət

Zəfərlərin gücü: Azərbaycan Silahlı Qüvvələri

Sərhədlər xəritədə çəkiləndə dövlət yaranmır — dövlət, o xətlərin arxasında dayanacaq iradə formalaşanda doğulur. Bu iradənin ən sərt, ən intizamlı və ən çox sükutla danışan forması isə orduya çevrilir. Ona görə də Silahlı Qüvvələr Günü sadəcə bir tarix yox, dövlətin öz varlığını hər gün yenidən təsdiqlədiyi bir and kimi oxunur.

Azərbaycanın Silahlı Qüvvələr Günü bu mənadatəqvimdə qeyd olunan bir bayramdan çox, siyasiyaddaşın tarixi təcrübənin konsentratıdır. Buradakeçmiş yalnız xatırlanmır — o, bu günün qərarlarınatəsir edən canlı bir faktor kimi mövcuddur.

Azərbaycan Silahlı Qüvvələri isə bu yaddaşıninstitusional formasıdır. Onun mahiyyəti yalnızmüdafiə deyil; həm dövlətin özünü qorumamexanizmini daim yeniləyən bir sistem kimiişləməsidir. Bu sistemin gücü silahın texnikasında yox, qərarın intizamında ölçülür.

Azərbaycan tarixində ordu anlayışı həmişə sadəcəhərbi qurum kimi deyil, həm siyasi varlığındavamlılıq təminatı kimi çıxış edib. Çünki dövlətçilikyalnız qurmaqla yox, qorumaqla tamamlanırqoruma aktı təsadüfi yox, institusional olmalıdır.

Bu baxışdan Silahlı Qüvvələr Günü bir sual da qoyur: güc zaman dəyər olur? Cavab sadə deyil, amma istiqamət aydındırgüc yalnız nizamlabirləşəndə dövlətçilik mədəniyyətinə çevrilir.

Dövlətin taleyi bəzən illərlə deyil, dönüş nöqtələriilə ölçülür. Elə anlar olur ki, idarəetmə yalnız gündəlikqərar verməkdən çıxır tarixi istiqamət təyin etməyəçevrilir. Ulu öndər Heydər Əliyevnin fəaliyyəti məhz bu tip mərhələlərdə ölkənin institusionaldayaqlarını yenidən formalaşdıran strateji xətt kimiqiymətləndirilir.

Azərbaycan Respublikası müstəqilliyin ilk illərində təhlükəsizlik dövlət idarəçiliyi baxımındanciddi sınaqlarla üz-üzə qaldığı dövrdə, orduquruculuğu artıq təkcə hərbi məsələ deyildibu, dövlətin yaşayıb-yaşamaması sualına çevrilmişdi. Məhz belə bir mərhələdə siyasi sabitlik ilə hərbistrukturun paralel şəkildə formalaşdırılması dövlətçiliküçün həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilikyanaşmasının əsas məntiqi ondan ibarət idi ki, orduyalnız silah daşıyan struktur deyil — o, dövlətinsuverenliyini real güc balansında təmin edəninstitusional dayaqlardan biridir. Bu baxış nəticəsindətəhlükəsizlik sistemi emosional qərarlardan çıxaraqstrateji planlaşdırma müstəvisinə keçdi.

Nəticə etibarilə, Azərbaycan dövlətçiliyi üçün orduquruculuğu sadəcə hərbi inkişaf deyil, siyasidavamlılığın formalaşmasıdır. Bu davamlılığın ənmühüm dərsi isə budur: dövlətin gücü onunstrukturunda, strukturun gücü isə onun idarəetməfəlsəfəsində gizlidir.

Zaman keçdikcə dövlətin gücü yalnız onunqurulduğu prinsiplərlə yox, həmin prinsiplərin nəticəverdiyi meydanlarla ölçülür. Bu baxımdan AzərbaycanSilahlı Qüvvələri artıq təkcə formalaşma mərhələsinindeyil, real döyüş təcrübəsi ilə təsdiqlənmiş müasirhərbi gücün simvoluna çevrilib.

Bu gücün ən mühüm tarixi ifadəsi isə 2020-ci ilikinci Qarabağ müharibəsi zamanı ortaya çıxdı. Bu müharibə təkcə hərbi əməliyyat deyildi — o, uzun illərformalaşan strateji hazırlığın, texnolojimodernləşmənin operativ idarəetmə sisteminin real sınağı idi. Nəticə isə regionun siyasi hərbixəritəsində ciddi dəyişiklik yaratdı.

Azərbaycan üçün bu mərhələZəfəranlayışınısadəcə emosional termin kimi yox, institusional strateji nəticə kimi formalaşdırdı. Bu, orduquruculuğunun illərlə davam edən modernləşməxəttinin real nəticəyə çevrildiyi nöqtə idi.

Bu gün Silahlı Qüvvələr təkcə torpaqlarınqorunması funksiyasını daşımır — o, artıq regiondagüc balansını müəyyən edən əsas faktorlardan biridir. Texnoloji inkişaf, peşəkarlaşma operativ çeviklikordunun klassik anlayışdan çıxaraq müasir hərbisistemə çevrildiyini göstərir. Böyük Zəfərtək birhadisə deyil — o, uzun illər davam edən dövlətçilikstrategiyasının nəticə verdiyi tarixi mərhələdir. bumərhələdə ordu, sadəcə iştirakçı yox, nəticəniformalaşdıran əsas aktordur.

Bu tarixi xəttin sonunda dövlətin hərbi-siyasisistemini birləşdirən ali idarəetmə prinsipi dayanır. Çünki müasir ordu təkcə döyüş qabiliyyəti ilə yox, onun strateji rəhbərliyinin zəkası ilə güclənir. Bu baxımdan Ali Baş Komandan İlham Əliyevnin rolu, ordunun modernləşdirilməsi onun real döyüşgücünə çevrilməsi prosesində həlledici stratejiidarəetmə xətti kimi qiymətləndirilir. Azərbaycanınmüasir dövlətçilik salnaməsində ordu gücün, Ali BaşKomandanlıq isə bu gücü zəfərə çevirən stratejiiradənin ən ali ifadəsidir.

Leyla Hüseynova,
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov ad. Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiyatəşkilatının sədr müavini

 

Oxşar Xəbərlər

Back to top button