Zəfərə aparan yol
Azərbaycanın gözəl diyarlarından biri olan Qarabağ Kiçik Qafqaz Dağları ilə Araz çayı arasında yerləşən ərazini əhatə edir. Bir çox məlumatlara əsasən “Qarabağ” anlayışı vıı əsrdən etibarən işlənmiş, xıı əsrdən etibarən isə geniş yayılmağa başlamışdır. Qarabağ münaqişəsi başlanan gündən etibarən Xarıbülbül xalqımızın mübarizə rəmzinə çevrilmiş,bir çoxları üçün kədər, ağrı, həsrət simvolu olmuşdur.
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatları müntəzəm xarakter almışdır. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz Şəhid olmuş və yaralanmışlar. Bu erməni faşizminin növbəti təzahürüdür. 2020-ci ilin iyul ayında Ermənistan tərəfi Azərbaycanın Tovuz rayonu istiqamətində strateji yüksəkliklər ələ keçirmək məqsədi ilə hücuma cəhd göstərdilər. Şiddətli döyüşlər nəticəsində düşmən geri oturduldu.
2020-ci il sentyabrın 27-dətəcavüzkar Ermənistanın hərbi – siyasi rəhbərliyinin əmrinə əsasən Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Gəncə, Mingəçevir və digər yaşayış məntəqələri atəşə tutularaq, mülki əhaliyə qarşı müntəzəm müxtəlif cinayətlər törətməyə başladılar.
Ordumuzun yenilməzliyi, cəsarəti Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. Azərbaycan Respublikasımın Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində demişdir :”Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış Üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri imzalamışdır ”
2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycanda böyük Zəfər ilə başa çatdı. Prezident İlham Əliyev müharibə ərzində demişdir :” Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç bir mülki şəxslərə atəş açmırıq.”
Fətəliyeva Leyla,
YAP-ın fəalı