AnalitikaGündəmSiyasət

Zəfərdən Sonrakı İslahatlar Və İnkişaf

20 sentyabr qələbəsi ilə təmin olunan mütləq suverenlik Azərbaycan üçün yeni və daha genişmiqyaslı islahatlar dövrünün başlanğıcını qoydu. Ölkə daxilində təhlükəsizlik risklərinin aradan qaldırılması, dövlətə ayrılan diqqətin iqtisadiyyatın digər sahələrinə, sosial rifahın yüksəldilməsinə və innovativ inkişafa yönəldilməsinə geniş imkanlar açdı. Suverenlik daxili islahatların dərinləşməsi üçün ən əsas təkanverici qüvvə oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsini və rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və sosial həyatına inteqrasiyası islahatların coğrafiyasını daha da genişləndirdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, qələbə yalnız başlanğıcdır, əsas məqsəd qüdrətli və müasir Azərbaycanı qurmaqdır.

Yeni dövrün tələblərinə uyğun olaraq həyata keçirilən təhsil, səhiyyə, infrastruktur və hərbi sahədəki yeniliklər ölkəmizin rəqabətqabiliyyətini artırır. Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda inkişaf edən, islahatlara açıq olan müasir dövlət kimi tanınır. Bu inkişaf dinamikası əldə olunan suverenliyin nə qədər möhkəm təməllər üzərində qurulduğunu göstərir.

Dövlət Suverenliyi Günü ölkəmizin inkişaf və tərəqqi yolunda atdığı inamlı addımların təntənəsidir. Prezident İlham Əliyev tərəfindən uğurla icra olunan bu hərtərəfli islahatlar proqramı, müstəqil Azərbaycanın gələcəkdə daha da güclü və firavan olacağını təmin edir.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button