
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində, YeniAzərbaycan Partiyası Yasamal rayon təşkilatının, YasamalRayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər vəİdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdmansektorunun birgə təşkilatçılığı ilə “Bakı-2026 – Dünyaİdman Paytaxtı” tədbirlər proqramı çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş, Yasamal rayonunda fəaliyyətgöstərən orta ümumtəhsil məktəblərinin komandalarıarasında idman yarışlarına start verilib.
15 oktyabr 2026-cı il tarixində Azərbaycan DövlətPedaqoji Universitetinin nəzdində fəaliyyət göstərənAzərbaycan Dövlət Pedaqoji Kollecində şahmat idmannövü üzrə yarış keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər vəİdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdmansektorunun müdiri İlham Səfərov, Azərbaycan DövlətPedaqoji Kollecinin əməkdaşları və yarış iştirakçılarıiştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə dəAzərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrundacanlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib. Daha sonra AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev bu cür idman tədbirlərinin mühümictimai və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Qeydolunub ki, bu təşəbbüs Azərbaycanın şanlı Zəfər tarixininidman vasitəsilə təbliğinə, milli yaddaşın qorunmasına vəgələcək nəsillərə ötürülməsinə xidmət edir. Natiq bildiribki, bu cür yarışlar Vətən müharibəsində qazanılmış tarixiQələbənin arxasında dayanan qəhrəmanlığı, fədakarlığı vəxalqımızın sarsılmaz iradəsini bir daha ön plana çıxarır. Eyni zamanda, idman vasitəsilə sağlam rəqabətin təşviqigənclərin fiziki hazırlığının, intellektual inkişafının vəmilli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinəmühüm töhfə verir. Bakı şəhərinin 2026-cı ildə Dünyaİdman Paytaxtı kimi təmsil olunmasının Azərbaycanınbeynəlxalq idman məkanındakı nüfuzunun və təşkilatçılıqpotensialının nümayişi baxımından xüsusi əhəmiyyətdaşıdığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, bukimi təşəbbüslər idman və vətənpərvərlik ənənələrini biraraya gətirərək gənc nəsildə milli qürur, birlik vəməsuliyyət hissini gücləndirir. Çıxışın sonunda BəxtiyarNəbiyev yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra şahmat idman növü üzrə yarış keçirilib. Yarışın yekununda qalib komanda üzvlərinə müvafiqdiplom və medallar təqdim olunub. Sonda xatirə şəkilləriçəkdirilib.












