AnalitikaGündəmSiyasət

Yasamal rayonunda Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açılıb

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindənaçılan iftar süfrəsində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri iştirak edib.

Çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov qeyd edib ki, Ramazan ayının mənəvi dəyərlərlə zəngin olan mübarək günlərində təşkil olunan iftar süfrələri insanları birlik, mərhəmət və paylaşmaq ruhu ətrafında bir araya gətirir. Bu müqəddəs ay cəmiyyətimizdə həmrəylik, xeyirxahlıq və qarşılıqlı hörmət kimi ali dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. İftar süfrəsi arxasında toplaşmaq həm mənəvi saflaşmanın, həm də milli birlik və vəhdətin bariz nümunəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil dövlətçilik, milli inkişaf və güclü Azərbaycan strategiyası ölkəmizin tərəqqisinin əsasını təşkil edir. Bu strateji kurs suverenlik, iqtisadi müstəqillik, ordu quruculuğu və beynəlxalq nüfuzun artırılmasını əhatə edir. Ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər xalqımızın əzmkarlığının və dövlət rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Dövlətimizin güclənməsi və möhkəmlənməsi milli həmrəyliyimizin daha da artmasına səbəb olmuşdur. Qazanılan bütün uğurların əsasında isə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi dayanır. Şəhidlərimizin, eləcə də qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayır və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi kimi qalır. Bu gün dövlət tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı sosial siyasətin ən mühüm istiqamətlərindən biridir. Onların rifahının yüksəldilməsi, problemlərinin həlli və layiqli həyat şəraitinin təmin olunması daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu qayğı həm də xalqımızın öz qəhrəmanlarına olan dərin hörmətinin ifadəsidir. İnanırıq ki, birlik və həmrəylik içində addımlayan xalqımız bundan sonra da yeni uğurlara imza atacaq. Qoy bu mübarək Ramazan ayı ölkəmizə daha çox bərəkət, xalqımıza isə sülh, rifah və firavanlıq gətirsin.

İftar süfrəsində  Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olması qeyd edilib. Müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Sonra iftar süfrəsi bədii hissə ilə davam edib.

Oxşar Xəbərlər

Back to top button