Azərbaycan müstəqilliyini yenidən qazandığı ilk illər tarixin çətin, lakin qürurverici səhifələrindən biri idi. Bu dönəmdə xalqın milli birliyini təmin edəcək, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün siyasi güc mərkəzinin yaradılması zərurəti yaranmışdı. Məhz belə bir tarixi anda, 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi.Bu hadisə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu.
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis olunan YAP, o dövrün ağır ictimai-siyasi və iqtisadi problemləri fonunda xalqın ümid və güvən mənbəyinə çevrildi. Partiya yalnız ölkəmizdə deyil, ümumilikdə regionda siyasi sabitliyin təmin olunması və demokratik inkişafın təməlini yaratmaq missiyasını uğurla yerinə yetirdi. YAP-ın təsis konfransı milli maraqları qorumaq,xalqın rifahını yüksəltmək və müstəqil Azərbaycanın parlaq gələcəyini təmin etmək üçün tarixi addım oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik və inkişaf dövrü başlandı.YAP-ın rəhbərliyi ilə həyata keşirilən islahatlar Azərbaycanı tənəzzüldən çıxararaq, müasir inkişaf yoluna yönəltdi.Bu dönəmdən başlayaraq siyasi sabitlik təmin edildi, Azərbaycanın mövqeyi möhkəmləndi.
YAP-ın fəaliyyət strategiyası dayanıqlı dövlətçiliyə,güclü iqtisadi inkişafa və sosial ədalətin təmininə əsaslanır. Bu gün partiya öz prinsiplərinə sadiq qalaraq, Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıran layihələrə imza atır. Müasir dövrdə partiyanın rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin davamlı inkişafını təmin edir və xalqın rifahını yüksəldir.
YAP-ın təsisindən keçən müddət ərzində partiya yalnız siyasi təşkilat deyil,eyni zamanda,xalqın inam və güvən ünvanı kimi formalaşmışdır. “Yeni zirvələrə doğru inamla addımlamaq” şüarı ilə irəliləyən YAP, bu gün də dövlətçilik prinsiplərinə əsaslanaraq gələcək nəsillərə daha güclü bir Azərbaycan miras qoymaq istiqamətində fəaliyyətini davam etdirir.
YAP-ın keçdiyi 32 illik yol, yalnız bir partiyanın deyil, müasir Azərbaycanın inkişaf tarixidir. Partiyanın üzvləri hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq dövlətçilik ənənələrini davam etdirirlər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni zirvələr fəth edərək xalqın inam və güvən ünvanı kimi mövqeyini qoruyur.
Təsis konfransında səslənən “Güclü Azərbaycan naminə!”çağırışı bu gün də YAP-ın fəaliyyətinin əsas istiqamətidir. Bu gün Yap-ın rəhbərliyi altında ölkəmiz dayanıqlı iqtisadi inkişafı təmin edir,sosial ədaləti gücləndirir və müasir texnologiyaların tətbiqi ilə irəliləyir.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, YAP-ın qurduğu təməllər üzərində Azərbaycan Respublikası inkişaf edir, güclənir və dünya dövlətləri arasında layiqli yer tutur. Partiyanın təsis konfransı ilə başlayan bu müqəddəs yol, xalqımızın əzmi və birliyi ilə daha böyük zirvələrə çatmağın əsasını təşkil edir.
Şəhla Əmirova,
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini