Analitika

Xalqımızın Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi növbəti dəfə tarixi Qələbənin qazanılması ilə nəticələndi

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlət başçımız çıxışında bildirmişdir ki, Azərbaycan Ordusu tərəfindən dərhal lazımi addımlar ataraq lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilərək  terrorçular cəzalandırılmışdır. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları nəticəsində Ermənistana növbəti dəfə göstərildi ki, onların istənilən təxribatına layiqli cavab zamanında və dəqiqliyi ilə veriləcəkdir.

Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Dövlətimizin başçısının kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib və erməni əhaliyə aşağıdakı mesajları diqqətə çatdırılıb:

“Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcəyinə əmindir. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu bir neçə dəfə dediyini xatırladan Cənab Prezident İlham Əliyev hesab edir ki, bu gün “Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans” yaradılıb. “O şansı əldən verməsinlər”, -deyə Cənab Prezident vurğulamışdır.

“…biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”, – Azərbaycan Prezidenti çıxışında vurğulayıb.

Dövlət və milli maraqlar olan yerdə digər bütün məsələlər arxa plana keçməlidir və hər kəs bir nəfər kimi dövlətin, ordunun, əsgərin yanında olmalıdır. Cənab Prezident İlham Əlyev: “Bizim Sözümüz İmzamız qədər Dəyərlidir” şüarına əsaslanaraq biz bir Xalq olaraq bir yumruq kimi birləşərək bu şərəfli işdə də Dövlət başçımızın bütün atdığı addımlardan əminik və dəstəkləyirik.

Yeganə Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button