
Elimizin müqəddəs bayramı olan Novruz hər gəlişi ilə yenidir, sevimlidir. Bu günlər qədim Odlar yurdunun bütün bölgələrində bayram əhval-ruhiyyəsi hər addımda hiss olunur. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanılır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hər kəs bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qeyd edir.
Ümummilli Lider Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Bu baxımdan da Ulu Öndər qeyd edirdi ki, “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında Novruz bayramının bizim “milli bayramımız, milli sərvətimiz” olduğunu qeyd etmişdir.
Məhz artıq iki ildən çoxdur ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi.
Xalqımız bu il də Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çünki xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazanmış, 30 illik həsrətdən sonra ilk Novruz bayramını da məhz Şuşada qeyd etmişdir. Tarixi Cıdır düzündə Novruz tonqalı qalanmışdır.
Təsadüfi deyil ki, məhz Mehriban xanımın əməyi sayəsində Novruz bayramı çərşənbə günü dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir. 2010-cu il 23 fevral tarixində isə martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz beynəlxalq bayram statusu əldə etməklə bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-amanlığın gücləndirilməsinə səbəb olmuşdur.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi