Analitika

Uzun illərdir erməni vandalları ölkəmizə qarşı məkrli siyasətindən əl çəkməməkdə israr edir

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. “Erməni məsələsi” adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz.

Antiterror tədbirləri təhrik edən erməni təxribatları oldu. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.

Azərbaycan dəfələrlə bəyan edib ki, müharibədən sonra regionda yeni vəziyyət yaranıb və Ermənistan da yeni yaranmış vəziyyətdə əməkdaşlıqdan faydalana bilər. Lakin Ermənistan tərəfi yeni yaranmış əməkdaşlıq mühitindən faydalanaraq ölkədə mövcud olan böhrandan çıxmaq əvəzinə növbəti təxribatlara əl atır. Bu bir daha Ermənistanın sülh və əməkdaşlıq tərəfdarı olmadığını göstərir. Lakin əminliklə qeyd etməliyik ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatmağa davam edəcək, Ermənistan rəsmi Bakının tələblərini yerinə yetirəcək.  Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq lap yerinə düşər: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.”

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button