Analitika

Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində iş adamları üçün əlverişli mühit təmin edilmişdi

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır.Hakimiyyətinin ilk illərində ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi təhlükə altında olan ölkənin ilk növbədə iqtisadiyyatını dirçəltmək lazımdır.Bu yanaşma eyni zamanda Azərbaycanda həyata keçirilən islahatların əsas meyarı kimi istehsalın səmərəliliyinin yüksəldilməsi və bu əsasda xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü büruzə verən sosialyönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsini bir daha sübut edir. Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində iş adamları üçün əlverişli mühit təmin edilmişdi. Ölkə rəhbərliyi daim sahibkarlara dəstək verir, yardımlarını əsirgəmirdi. Dahi Öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. İlk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi.Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çinisaxsı məhsulları istehsalında artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmə meyilləri tamamilə dayandırıldı, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirildi. Ümummili lider Heydər Əliyevin qətiyyətli əzmi sayəsində Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi, bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi baza yaradıldı. Özəlləşdirmə, sahibkarlığın inkişafı, maliyyə sisteminin yenidən qurulması, liberallaşdırma, rəqabətin inkişafı, əhalinin sosial müdafiəsini təmin edən mühüm qanunvericilik aktları qəbul edildi.Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur.. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi.Təbii ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan Dövlətinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə keçirilmiş islahatlarla bağlıdır.Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button