
Azərbaycanın Slovakiya ilə həyata keçirdiyi ortaq layihələr formal və rəsmi sözlərdən tamamilə uzaq, ölkəmizin və xalqımızın gələcəyini daha da təhlükəsiz və inamlı edən real addımlardır. Şuşada imzalanan razılaşmalar iqtisadi və siyasi gücümüzü bir qədər də artırır.
Xüsusilə işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin yenidənqurma işlərinin slovak şirkətləri tərəfindən həyata keçirilməsi, həm kənd təsərrüfatı, həm də infrastruktur baxımından müasir innovasiyaların ölkəmizə gətirilməsi deməkdir. Bununla bərabər, oktyabrdan başlayacaq birbaşa uçuşlar iqtisadi aktivliyimizi daha da gücləndirəcək.
Prezident İlham Əliyevin və Peter Pelleqrininin Şuşa bəyanatları təsdiq etdi ki, iki ölkə xalqlarının firavan gələcəyinə yönəlmiş bu əməkdaşlıq dayanıqlıdır. Uğurlu layihələr Azərbaycanı dünya miqyasında daha qüdrətli və vazkeçilməz tərəfdaş edir.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



