AnalitikaGündəmOrduSiyasət

Üçrəngli Bayrağımız doğma Qarabağımızda qürurla dalğalanır!

Torpağımız Vətən deməkdir, Vətənimiz dövlətimizdir, dövlət rəmzimiz isə bizi dünyaya tanıdan bayrağımızdır.

Bayraq dövlətin və xalqın kimliyini, düşüncə tərzini və mənəvi dünyasını bildirən ən şəffaf, ən işıqlı meyarıdır. Bayrağızım qürur və güvənc yerimiz sayılır. Xalq Cümhuriyyətinin yadigarı sayılan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyinin göstəricisidir. Azərbaycan Respublikası üzərində dalğalanan Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Yenidən Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Şanlı bayrağımız 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttinin uğurlu davamçısı olan Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibəti açıq görünür. Bununlada Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi.

Artıq dörd ildir ki, Dövlət rəmzimiz olan üçrəngli Bayrağımız doğma Qarabağımızda qürurla dalğalanır. 44 günlük vətən müharibəsində qazandığımız qələbəmizdən sonra Bayrağımız daha da yüksəklərə ucaldı, sancılacağı məkanların sayı daha da artdı. Hansıki, bugün Azərbaycanın incisi sayılan mədəniyyət beşiyimiz Şuşa şəhərində üçrəngli şanlı bayrağımız dalğalanır. Bayrağımız bizim qürür mənbəyimizdir!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi          

Oxşar Xəbərlər

Back to top button