Dünya

Türkiyə təhlükəsizlik qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir

Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədi boyunca antiterror əməliyyatlarını davam etdirir.

www.aktualinfo.az/icxeberinfo AZƏRTAC-a istinadən xəbər verir ki, Şırnak bölgəsində həyata keçirilən “Eren Abluka Sonbahar-Kış-15” antiterror əməliyyatı çərçivəsində terrorçulara növbəti dəfə ağır zərbə vurulub.

Bildirilir ki, pilotsuz uçuş aparatları da daxil olmaqla aviasiyanın dəstəyi ilə davam etdirilən bu əməliyyatda Qabar dağı ətrafında üç terrorçu zərərsizləşdirilib.

Bundan başqa, terror təşkilatlarının qanunsuz maliyyə qaynaqlarının kəsilməsi istiqamətində də mühüm tədbirlər görülür. Ən son məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Hatay bölgəsində həyata keçirilən xüsusi əməliyyat nəticəsində 117 şübhəli şəxsdən 97-si həbs edilib.

Oxşar Xəbərlər

Back to top button