DünyaGündəm

Trampdan gizli danışığın detallarının sızdırılmasına – Reaksiya

Məlum olduğu kimi, ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov, eləcə də Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında telefon danışıqlarının stenoqramı yayılıb.

“ƏsasXəbər” xarici mətbuata istinadən xəbər verir ki, artıq hər iki tərəf məsələyə münasibət bildirib.

Bu barədə danışan ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, Uitkoff və Uşakov arasında söhbətin “Bloomberg” agentliyində yayımlanmış stenoqramı ilə tanış deyil. Bununla belə, o, Vaşinqton və Moskva arasındakı danışıqları “adi” və “standart” adlandırıb.

Kirill Dmitriyev isə Uşakov və Uitkoffun iştirakı ilə baş tutan telefon danışığının detallarının sızdırılması ilə bağlı məlumatı təkzib edib.

Belə ki, o, “X” sosial şəbəkə hesabında paylaşım edərək “Feyk” yazıb.

Oxşar Xəbərlər

Back to top button