GündəmSiyasət

Tailandda daşqın qurbanlarının sayı 87 nəfərə çatıb

Taylandın cənubunda, Malayziya ilə sərhəddə yerləşən Sonqkxla əyalətində daşqın nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

ƏsasXəbər xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı cümə günü məlumat yayıb. Bildirilir ki, hakimiyyət orqanları əyalətdəki bütün cəsədlərin şəxsiyyət və ölüm qeydiyyatının bir xəstəxanada aparılmasını tapşırıb. Hazırda cəsədləri başqa xəstəxanalardan gətirilənlərin dəqiq ölüm səbəbləri müəyyənləşdirilir.

Tailandın Malayziya ilə həmsərhəd olan “Uzaq Cənub” əyalətlərində uzun sürən intensiv yağışdan sonra daşqınlar və torpaq sürüşmələri baş verib. Sonqkxla əyaləti daha çox zərər çəkib. Ötən həftənin sonu və bu həftənin əvvəlində daşqına məruz qalmış ərazilərdə suyun səviyyəsi xeyli yüksəlib.

Ekspertlər “Uzaq Cənub”da bu cür güclü yağış və dağıdıcı daşqınların 300 illik sistematik müşahidələr ərzində ilk dəfə qeydə alındığını deyirlər. Belə ki, XVI əsrdən başlayaraq Tailandın cənub limanları beynəlxalq ticarətdə mühüm ilkin məntəqə rolunu oynayıb və XVII əsrin sonlarından etibarən həmin limanlarda hava şəraiti ilə bağlı müntəzəm qeydlər aparılıb.

Oxşar Xəbərlər

Back to top button