GündəmElm və Təhsil
“SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib

Dörd astronavtdan ibarət beynəlxalq ekipaj Florida ştatının Kanaveral burnundan “SpaceX” şirkətinin “Falcon9” raketdaşıyıcısı ilə Beynəlxalq Kosmik Stansiya (BKS) doğru yola düşüb.
“ƏsasXəbər” “Reuters”ə istinadən xəbər verir ki, NASA-nın bu planlaşdırılan missiyası həmişəkindən bir neçə ay daha uzun sürəcək missiyalardan birincisi ola bilər.
Raket buraxılışı Bakı vaxtı ilə saat 18:43-də baş tutub. Ekipajın şənbə günü BKS-ə çatacağı gözlənilir.
“SpaceX Crew-11” – “Commercial Crew Program” Kommersiya proqramı çərçivəsində həyata keçirilən “Crew Dragon” kosmik gəmisinin BKS-ə on birinci əməliyyat missiyasıdır. Onlar BKS-in göyərtəsində təxminən altı ay vaxt keçirəcək, elmi araşdırmalar və təcrübələr aparacaqlar.