Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev. Siyasi sabitliyimizin, iqtisadi qüdrətimizin, əzəli torpalarımızın azad olunmasının səbəbkar, adını dünya diplomatiyasına və hərb tarixinə həkk edən böyük siyasətçi. Sadiq lider, dünya siyasətinin ən mahir siyasətçisi, xalqının haqq səsi Cənab İlham Əliyev.
Cənab Ali Baş Komandanımızın 2003-cü ildən bəri hakimiyyətdə olduğu dövrdə Azərbaycan günü-güindən inkişaf edib, müasirləşib, dünyanın tanınan dövlətlərindən birinə çevrilib. Cənab Prezidentimiz 2003-cü ildən 2020-ci ilə qədər olan illər ərzində mübarizəmizi bir memar kimi işlədi. Bütün beynəlxalq qanunları leyhimizə yönəldən, haqq davamızın beynəlxalq qanunlara uyğun olduğunu sübut edən böyük siyasətçi Cənab İlham Əliyev. 2020-ci il 44 günlük hərb meydanındakı mübarizəmizi siyasət meydanında mahir diplomatik çıxışlarları ilə davam etdirirdi.
Ermənilərin mövqeyini müdafiə edən, məkirli suallarını Cənab Prezidentimizə yönəldənlərə incə siyasətlə, qılıncdan kəsərli sözləri ilə cavab verən Ali Baş Komandanımız İlham Əliyev. Bu günlərdə Cənab Ali Baş Komandanımızın doğum günüdür. Cənab Prezidentimiz hər zaman xalqı ilə birgə olmuşdur. Sadəliyi ilə hər kəsə nümunə olan Cənab Prezidentimiz doğum günlərində hərbçilərlə, şəhid ailələri və öz yurd-yuvası tərk edən məcburi köçkünlərlə birgə olmuşdur. Xalqının sevincinə, kədərinə şərik olan liderimiz, xalq öz lideri ilə daim birgə olacaq. Cənab Prezidentimizin digər xidmətlərindən biri də tükdilli dövlətlərlə münasibətləri möhkəmləndirilməsidir. “Bizim yolumuz Türk dünyasıdır” deyən Prezidentimiz Azərbaycan xarici siyasətinin əsas prioritetinin türk xalqları ilə birliyində görür. Həmçinin” COP-29 iqlim diplomatiyası da dövlətimizin və liderimizin qüdrəti idi.Sözü imzası ilə bir olan Cənab Ali Baş Komandanımız səsiniz daim yüksək tribunalardan gəlsin! Biz sizinlə fəxr edirik, liderimiz!
Humay Vəliyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi