AnalitikaGündəmSiyasət

Şərq-Qərb Nəqliyyat Dəhlizi: Qlobal Ticarətdə Yeni İmkanlar

Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və yaxud Şərq-Qərb nəqliyyat dəhlizi Avropanı Asiya ilə birləşdirərək İpək Yolunun dirçəlişi rolunu oynayır. Şərq-Qərb yuxarı dəhlizi Azərbaycan Respublikası, Rusiya Federasiyası, Gürcüstan Respublikası və Ukrayna Xalq Respblikasının ərazilərindən keçir. Bu dəhliz yük daşımaları üçün səmərəli tranzit təklif edərək, Avropa və Asiya arasında birbaşa əlaqə yaradır. Şirkətlər Şərq-Qərb nəqliyyat dəhlizindən istifadə etməklə sürətli çatdırılmaya nail olaraq, ticarət əməliyyatlarını optimallaşdıra, nəticədə, qlobal bazarda rəqabət qabiliyyətini artıra bilərlər. Digər tərəfdən, Şərq-Qərb Aşağı Dəhlizi Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçməklə və daha sonra Mərkəzi Asiyaya uzanan yük daşımaları üçün alternativ marşrut təklif edir. Bu dəhliz  Mərkəzi Asiya və Yaxın Şərqi Avropa ilə birləşdirən mühüm ticarət yolu kimi xidmət edir. Şirkətlər bu dəhlizdən istifadə etməklə yeni ticarət yollarına, artan istehlak bazarlarına daxil ola və tədarük zəncirlərini şaxələndirə, bununla da riskləri azaldaraq, gəlirliliyi artıra bilərlər. Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadənin Çin və Avropa arasında yükdaşımalarda vaxt və pul baxımından daha sərfəli olduğu bildirilir. Bu dəhlizin aktuallaşmasını şərtləndirən bir sıra amillər vardır. Dünyada ticarət yüklərinin Süveyş kanalı vasitəsilə daşınması  12%-dən çoxdur. Kanalın darlığı səbəbindən böyük gəmilərin kanalda ilişib qalması son zamanlar kanal yolunun bağlanması ilə enerji əmtəələrinin qiymət artımına və qlobal inflyasiyaya səbəb olmuş və bu marşruta etibar etmənin riskləri artırmışdır. Bu isə öz növbəsində alternativ marşrutların inkişaf etdirilməsi məsələsini gündəmə gətirmiş olur. Bu alternativlərdən biri Orta koridordur. Alternativlər ilə müqayisədə Orta koridorun təklif edilən bir sıra üstünlükləri vardır. Avropa ölkələrinə Çindən yola salınan yüklər birbaşa əsas yük daşıma Rusiya Federasiyası ərazisindən keçməklə Trans-Sibir tranzit xətti ilə həyata keçirilir. Trans-Sibir dəmir yolu ilə müqayisədə orta koridor 2000 km daha az olmaqla əlverişli coğrafi iqlimə malik ərazilərdən keçir. 5400 km uzunluğa malik olan bu dəhliz boyunca orta tranzit müddət 15 gündür. Şərq-Qərb nəqliyyat dəhlizi ilə Çindən Avropaya yükləri dəniz yolu ilə müqayisədə 3 dəfə daha az müddətə çatdırmaq mümkündür. Çin və Avropa arasında ən qısa yol Şərq-Qərb nəqliyyat dəhlizidir. Tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması Azərbaycanın xidmət ticarəti sisteminin səmərəli fəaliyyətində və qeyri-neft sektorunda iqtisadi artımın təmin edilməsində mühüm rol  oynayır. Azərbaycan beynəlxalq tranzit dəhlizlərinin kəsişməsində yerləşir. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi : “ Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.

Nəzakət Əzizzadə,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button