AnalitikaGündəmSiyasət

Şəhidlərimizin Əziz Xatirəsi və Qubadlı

Hər bir qarış torpağımız uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə də neçə-neçə igidimiz şəhidlik zirvəsinə ucaldı. Onların qanı bahasına bu torpaqlar azadlığına qovuşdu və bu gün azad Qubadlı səmasında dalğalanan bayraq onların əmanətidir.

Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər zaman yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial təminat tədbirləri hər bir şəhid ailəsini əhatə edir. Qubadlı uğrunda canından keçən qəhrəmanların adları əbədiləşdirilir.

Qubadlıda inşa olunan yeni obyektlərə, küçələrə şəhidlərimizin adları verilir ki, bu da gələcək nəsillərin onların qəhrəmanlığını unutmamasına xidmət edir. Hər il oktyabrın 25-də qubadlılılar və bütün Azərbaycan xalqı şəhidlərimizi dərin ehtiramla yad edir. Onların ruhu qarşısında baş əyirik.

Şəhidlərimizin qanı yerdə qalmadı və onların arzusu olan azad Qarabağ reallığa çevrildi. Qubadlı torpağı hər zaman bu igidlərin uyuduğu və ya adını uca tutduğu müqəddəs məkan olaraq qalacaqdır. Onların xatirəsi qarşısında sonsuz minnətdarlığımız əbəvidir

Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button