Şanlı Zəfərin Və Rəşadətin Təntənəsi: Füzuli Şəhəri Günü

Bu gün Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan Füzuli Şəhəri Gününü qeyd edirik. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsinə yazılan mühüm hadisələrdən biridir.
Uzun illər işğal altında qalan Füzuli şəhərinin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfərin mühüm tərkib hissəsidir. Bu Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadətin, xalqımızın birliyinin və milli iradəsinin təntənəsidir.
Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, doğma yurdlarına qayıdan sakinlərin məskunlaşması Azərbaycanın gücünü, inkişaf əzmini və Böyük Qayıdış strategiyasının uğurla reallaşdırıldığını nümayiş etdirir. Bir zamanlar dağıntılara məruz qalmış şəhərimiz bu gün yeni həyatına qovuşur, gələcəyə inamla addımlayır.
Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı və fədakarlığı heç zaman unudulmayacaq.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



