Gündəmİdman

“Real” yayda müdafiəçisi ilə müqavilənin müddətini uzadacaq

İspaniyanın “Real” klubu yayda futbolçusu Antonio Rüdiger ilə müqavilənin müddətini uzadacaq.

ƏsasXəbər xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Almaniya millisinin üzvü hələlik Madrid təmsilçisindən ayrılmağı düşünmür. 31 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddətinin 2027 və ya 2028-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə “Kral klubu”na keçən oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.

Oxşar Xəbərlər

Back to top button