Analitika

Qələbə və Anım Günü!

Azərbaycan tarixində iz buraxmış 21-ci əsrin  ilk böyük müharibəsi olan II Qarabağ müharibəsinin gedişatı və sonu hər kəsə bəllidir, amma onun başlanmasının səbəbləri bəlkə də bir çoxlarınıza bəlli deyil. Ermənilərin Beynəlxalq tribunalardan dəfələrlə etdiyi saysız-hesabsız anti-Azərbaycan yönümlü çıxışlar, 2011-ci ildə Rusiyanın təşəbbüsü ilə Kazanda keçirilən sammitdə Ermənistanın işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən Kazan sənədini  imzalamaqdan imtina etməsi, 2018-ci ildə  Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri, 2019-cu ilin mart ayında  Ermənistanın müdafiə naziri  David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, “Yeni torpaqları üçün yeni müharibə” çağırışı etməsi, sərhəddə döyüşlərin intensiv xarakter alması, hətta bu döyüşlərin Tovuz istiqamətinə qədər gedib çıxması, bizim səbr kasamızı daşırdı. Əslində isə yaxşı ki daşırdı, bəlkə onların bu hərəkətləri olmasaydı hələ də ” Qarabag Azərbaycandır” sözünü dilimizdə işlədəcəkdik. Amma artıq həqiqətən Qarabağın Azərbaycan aid olduğunu nəyinki dildə işlətdik həm də göstərdik. 44 gün davam edən II Qarabağ müharibəsi başladı.

44 Gün…..Açığı deyim  necə sığdıra biləcəm  hisslərimi,duyğularımı bu 44 günə, kəlmələr belə yetməz . Elə ifadə edim ki, 44 rəqəmi sıradan bir rəqəm kimi deyil , minlərlə şəhidlərin, qazilərin qələbə simvolu kimi insanların yaddaşında qalsın. Bəli biz  həmin o  oğulların qələbələrini qeyd edirik.  Baş əyirik qarşınızda!

Tarix boyu neçə- neçə sapı özümüzdən olan baltalar gördük, əzildik amma sınmadıq, çox keçmişə getməyək 90-cı illərin əvvəlləri bu baltaların sayəsində torpaqlar getdi, qan tökdük amma xəyanət o qədər güclü idi ki o qədər qəhrəmanlarımıza rəğmən qalib ola bilmədik, qaçqın düşdük, yerlə -yeksan olduq. Amma bu 44 gündə tam əksini gördük, millətə və vətənə bağlı bir başçı,bir sərkərdə Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində o şəhidlərin istər 90-cı illərin, istərsə də 44 günün şəhidlərinin qanları yerdə qalmadı. Təşəkkür edirik Cənab Prezident!

Bu qələbə sevincindən pay bir də millətimin hər bir üzvünə düşür, o anları yaşayan hər bir azərbaycanlı ləzgisindən, talışından asılı olmayaraq bir olduq, yumruq olduq. Bir sözlə, isti çörəyindən tutmuş corabına qədər əsgərinə əsirgəmiyən bir gözəl millət gördüm. Sağ olun, var olun!

Bu müharibə dövründə bizə dəstək verən bütün ölkələrə Pakistana,İsrayıla öz təşəkkürümü bildirirəm. Amma bizə başından bəri dəstəyini, köməyini əsirgəmiyən, hələ də “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən,  hər yerdə Azərbaycanın haqq səsini duyuran bundan heç yorulmayan  Türkiyə və onun başçısı Cənab Rəcəp Tayyib Ərdoğanı  gördük. Sizə sonsuz təşəkkür!

Bir sözlə,  44 gün davam edən, Ermənistan Respublikası ilə müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən  çıxarılması və Naxçıvan Muxtar Respublikası  ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Bu günü həm də Qələbə günü ilə bərabər Anım Günü kimi də qeyd edirik. Prezident İlham Əliyevin 2020-ci il dekbrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Günün təsis edilməsi haqqında” sərəncama əsasən  II Qarabağ mügharibəsində həyatını itirmiş şəhidlərin xatirəsi anılmalı və  müharibənin başlandığı gün yəni 27 sentyabr tarixi Anım Günü  kimi qeyd edilməlidir.

Vətənimə,millətimə bağlı olduğum kimi Allahıma da bağlıyam. Ən gözəl ədalətli hakim Allahdır. Allah Vətənimizi,millətimizi qorusun!

Kazımova Vüsalə,
Bakı Qida Sənayesi Kollecinin tarix müəlliməsi

Oxşar Xəbərlər

Back to top button