MaraqlıSosial

“Qəhrəmanların səsi – Torpaq uğrunda” layihəsi üzrə ilk tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qəhrəmanların səsi – Torpaq uğrunda” adlı layihə üzrə YAP Nizami rayon təşkilatında ilk görüş təşkil olunub.

ƏsasXəbər xəbər verir ki, layihənin əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanlarımızın həyat və döyüş yolunu gənc nəsilə tanıtmaq, onların ölməz xatirəsini yaşatmaq, gənclərdə vətənpərvərlik, milli məsuliyyət və dövlətə sədaqət hisslərini daha da gücləndirməkdir.

İlk görüşdə YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, Birinci Qarabağ müharibəsi qaziləri Qəhrəman Qasımov və Laçın Orucov, həmçinin partiya veteranı Yaqub Şahverdiyev çıxış ediblər. Çıxışlarda Vətən uğrunda canlarını və sağlamlıqlarını fəda etmiş qəhrəmanların misilsiz fədakarlıqlarından, onların şərəfli həyat yolunun gənclər üçün əsl nümunə olmasından bəhs olunub. Qeyd edilib ki, bu cür layihələr milli yaddaşın qorunması və qəhrəmanlıq ruhunun yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir interaktiv müzakirələr şəraitində davam edib, iştirakçı gənclərin mövzu ilə bağlı fikir və sualları dinlənilib. Gənclər qəhrəmanların canlı xatirələri əsasında vətən sevgisinin daha da gücləndiyini vurğulayıblar.

Sonda layihənin növbəti mərhələləri barədə məlumat verilib, tədbirdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

#AzGF #GenclerFondu

Oxşar Xəbərlər

Back to top button