
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qəhrəmanların səsi – Torpaq uğrunda” layihəsi çərçivəsində növbəti fəaliyyət şəhid ailələrinin ziyarəti ilə davam etdirilib.
ƏsasXəbər xəbər verir ki, layihə çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Əkbərov Orxanın ailəsi, həmçinin Vətən müharibəsi şəhidləri Həsənov Cavid və Məcidzadə Teymurun ailələri evlərində ziyarət olunub. Ziyarətlər zamanı şəhid və qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib, ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların göstərdiyi fədakarlığın xalqımız və dövlətimiz üçün əvəzsiz olduğu vurğulanıb.
Bildirilib ki, bu cür ziyarətlər şəhid və qəhrəman ailələrinə mənəvi dəstəyin göstərilməsi, eyni zamanda gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ailələrə daim diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi qeyd olunub.
Ailələr göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.
#AzGF #GenclerFondu







