AnalitikaDünyaGündəmSiyasət

Qarabağdan Verilən Mesajlar: Medianın Sülh Quruculuğu Missiyası

Azərbaycan media mühitinin beynəlxalq arenada transformasiyası və öz fəal mövqeyini nümayiş etdirməsi baxımından Qarabağda, xüsusən də Şuşada təşkil olunan Qlobal Media Forumları unikal tarixi əhəmiyyətə malikdir. Erməni işğalından azad edildikdən sonra mədəniyyət paytaxtımızda ardıcıl olaraq dörd dəfə Qlobal Media Forumu baş tutmuşdur ki, bu, media tariximizdə müstəsna haldır.

Xüsusilə, 2026-cı ilin iyulunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Forum göstərir ki, Azərbaycan mediası təkcə daxili məsələlərdə deyil, qlobal sülhün və etimadın yaradılmasında da fəal təşəbbüskardır. Beynəlxalq media mütəxəssislərinin Qarabağda bir araya gələrək sərhədlərarası media dialoqu aparması ölkəmizin regionda yaratdığı yeni reallıqların tərkib hissəsidir.

Bu forumlar dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasına töhfə verməklə yanaşı, sübut edir ki, Azərbaycan mətbuatı bəşəri sülhə, ədalətə və gələcəyə xidmət edən beynəlxalq bir platformadır.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button