Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasət strategiyasını və diplomatik irsinin qorunması istiqamətində atdığı mühüm addımları bir daha təsdiqlədi. Bu çıxışda vurğulanan əsas məqamlar Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, yeni beynəlxalq reallıqlar çərçivəsində öz mövqeyini gücləndirdiyini göstərir. Azərbaycanın diplomatik irsinin əsasları təkcə milli kimliyin qorunması üçün deyil, həm də beynəlxalq arenada ölkənin müsbət imicinin formalaşması üçün mühüm rol oynayır.
Azərbaycanın son illərdəki diplomatik fəaliyyəti ölkənin beynəlxalq nüfuzunun artmasına səbəb olub. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, beynəlxalq arenada sülh və əməkdaşlıq prinsiplərinin təşviqinə xidmət edir. Bu uğurlar Azərbaycanın gələcəkdə qlobal miqyasda daha geniş iştirakını təmin edəcək əsaslardan biridir. Prezident İlham Əliyevin son çıxışları Azərbaycanın diplomatik irsinin qorunması və yeni dünya nizamında yer tutmaq istiqamətində atdığı strateji addımları nümayiş etdirir. Xüsusilə, onun BRICS+, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda çıxışları Azərbaycanı regional liderdən qlobal aktora çevirməkdədir.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini qeyd etmək vacibdir. Ölkə uzun illərdir ki, bərpa olunan enerji mənbələrinin inkişafını prioritet istiqamət kimi müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr, xüsusilə külək və günəş enerjisi sahəsindəki təşəbbüslər, Azərbaycanın bu sahədə nümunəvi ölkələrdən birinə çevrilməsinə səbəb olub. Azərbaycan 2030-cu ilədək enerji istehsalının 30%-ni bərpa olunan mənbələrdən təmin etmək məqsədini qarşıya qoyub. Dövlət başçısının müsahibəsində səsləndirdiyi rəqəm təkcə maliyyə məsələsi deyil, həm də qlobal həmrəylik mesajıdır. İqlim dəyişikliyi ilə mübarizə təkcə ayrı-ayrı dövlətlərin məsuliyyəti deyil, beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edir. Hər bir ölkənin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, xüsusilə də sənaye cəhətdən inkişaf etmiş dövlətlərin daha böyük məsuliyyət daşıması vacibdir. 300 milyard dollarlıq illik xərclərin razılaşdırılması yalnız bir başlanğıcdır. Bu məbləğin səmərəli idarə olunması, innovativ texnologiyaların tətbiqi, enerji effektivliyi və qlobal miqyasda koordinasiyanın təmin edilməsi ilə mümkün olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədəki təşəbbüsləri göstərir ki, ölkəmiz qlobal problemlərin həllində fəal rol oynamağa davam edəcək.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi