Analitika

Prezident İlham Əliyevin tarixi çıxışı

İkinci Qarabağ  müharibəsindən sonra erməni separatçıları Azərbaycana qarşı  məqsədyönlü terror aktlarını  həyata keçirirdilər. Lokal xarakterli  antiterror tədbirlərinə başlandı və qarşıda duran vəzifələr yerinə yetirildi. Hərbiçilərimiz qəhrəmanlıq, peşəkarlıq, göstərmiş və bütün istiqamətlər üzrə hərbi uğurlar əldə etmişlər. Prezidentin tapşırığı ilə Qarabağ bölgəsində yaşayan  erməni əhalisi  zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur. Düşmənin  silah və texnikasının  böyük hissəsi sıradan çıxarılmışdır .

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev xalqa müraciət edib. Qanunsuz hərbi xunta rejimi təslim olduqdan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır. Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Onlar Azərbaycan vətəndaşıdır. Qarabağda yaşayan erməni  icmasnın nümayəndələri bizim dediyimiz yerdə, Yevlax  şəhərində görüşməyə hazırdırlar. Ermənistan  rəhbəliyi “dəmir yumruq“ hesabına “Qarabağ Azərbaycandır!“ deyir.

Qarabağda  yaşayan  ermənilərin  bütün hüquqları təmin ediləcək .Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir, azad cəmiyyətdir. Qarbağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans  yaranıb, o şansı əldən verməsinlər. Ümidlər var ki, Azərbaycan və Ermənistan sülh  müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli  formada gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

Bunu hec kəs unutmasın ki,“Qarabağ Azərbaycandır!”

Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi.

Oxşar Xəbərlər

Back to top button