Prezident İlham Əliyevin tarixi çıxışı
İkinci Qarabağ müharibəsindən sonra erməni separatçıları Azərbaycana qarşı məqsədyönlü terror aktlarını həyata keçirirdilər. Lokal xarakterli antiterror tədbirlərinə başlandı və qarşıda duran vəzifələr yerinə yetirildi. Hərbiçilərimiz qəhrəmanlıq, peşəkarlıq, göstərmiş və bütün istiqamətlər üzrə hərbi uğurlar əldə etmişlər. Prezidentin tapşırığı ilə Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur. Düşmənin silah və texnikasının böyük hissəsi sıradan çıxarılmışdır .
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Qanunsuz hərbi xunta rejimi təslim olduqdan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır. Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Onlar Azərbaycan vətəndaşıdır. Qarabağda yaşayan erməni icmasnın nümayəndələri bizim dediyimiz yerdə, Yevlax şəhərində görüşməyə hazırdırlar. Ermənistan rəhbəliyi “dəmir yumruq“ hesabına “Qarabağ Azərbaycandır!“ deyir.
Qarabağda yaşayan ermənilərin bütün hüquqları təmin ediləcək .Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir, azad cəmiyyətdir. Qarbağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaranıb, o şansı əldən verməsinlər. Ümidlər var ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formada gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.
Bunu hec kəs unutmasın ki,“Qarabağ Azərbaycandır!”
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi.