
Müasir Azərbaycan dövlətçiliyinin inkişafında Prezident İlham Əliyevin siyasi fəaliyyəti həlledici rol oynayıb. Onun rəhbərliyi ilə formalaşmış idarəetmə modeli həm dövlətçilik ənənələrini qoruyur, həm də ölkəmizi yeni çağırışlara hazırlayır. Ardıcıllıq və məqsədyönlü siyasət sayəsində Azərbaycan sabit, təhlükəsiz və inkişaf etmiş bir dövlət kimi formalaşıb.
Prezident İlham Əliyevin siyasəti Azərbaycanın tarixində dönüş nöqtəsi olub. Vətən müharibəsində qazanılan tarixi Zəfər və suverenliyin bərpası bu siyasətin ən parlaq nəticəsidir. Dövlət başçısının uzaqgörən strategiyası və xalqla birliyi ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edib.
Daxili siyasətdə sosial rifahın yüksəldilməsi, regionların inkişafı və dövlət institutlarının möhkəmləndirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, siyasi sabitliyin qorunması və sağlam ictimai dialoqun yaradılması davamlı diqqət mərkəzindədir.
Xarici siyasətdə Azərbaycan balanslı və müstəqil mövqe nümayiş etdirir, müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir və beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır. Sosial sahədə isə təhsil, səhiyyə və gənclərin inkişafı prioritet olaraq qorunur.
Prezident İlham Əliyevin davamlı və praqmatik siyasəti Azərbaycanın daxili sabitliyini möhkəmləndirir, beynəlxalq mövqelərini gücləndirir və gələcəyə inamla irəliləməsinə şərait yaradır.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



