
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik üzrə nümayəndə heyətini qəbul edib. Görüş zamanı türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən təhlükəsizlik məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələr arasında əlaqələrin inkişafında mühüm platformaya çevrildiyini bildirib. O, qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mümkün təhdidlərə qarşı birgə fəaliyyətin və məlumat mübadiləsinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Sonda Azərbaycan ilə TDT ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub. Görüş qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli müzakirə platforması kimi qiymətləndirilib.
Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini



