Gündəm
Ordubad RİH-ə yeni başçı təyin edildi – Foto
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Aktualinfo Media Qrup “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



