AnalitikaGündəmMədəniyyət

Novruz qədim tarixə malik olan, baharın gəlişini və təbiətin oyanışını simvolizə edən ənənəvi bir bayramdır

Novruz qədim tarixə malik olan, baharın gəlişini və təbiətin oyanışını simvolizə edən ənənəvi bir bayramdır. Bu bayram təkcə Azərbaycanda deyil, həm də Orta Asiya, Yaxın Şərq və Qafqaz ölkələrində qeyd olunur. Novruz, UNESCO tərəfindən 2009-cu ildə bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Novruz bayramının tarixi minilliklərə dayanır və zərdüştilik dövrünə qədər uzanır. Bu bayramın əsas ideyası təbiətin yenilənməsi, həyatın oyanması və yeni ilin başlanğıcı ilə bağlıdır.

Novruz bayramının özünəməxsus simvolları və adət-ənənələri vardır. Ənənəvi olaraq, Novruz bayramına hazırlıq bir neçə həftə əvvəl başlayır. İnsanlar evlərini təmizləyir, yeni paltarlar alır,qohumlarını ziyarət edirlər.Novruzun əsas simvollarından biri bolluq,bərəkət rəmzi sayılan səmənidir.Bayram süfrəsinin əsas atributu xonçadır. Xonçada səməni, şamlar, rəngli yumurtalar, şirniyyatlar, qoz, fındıq və meyvələr yerləşdirilir.Novruz bayramında insanlar tonqal qalayır və onun üzərindən tullanaraq pisliklərdən, xəstəliklərdən təmizləndiklərinə inanırlar.Novruz süfrəsində plov, paxlava, şəkərbura, qoğal və digər milli yeməklər yer alır. Novruz bayramına hazırlıq dörd çərşənbədən başlayır və hər biri təbiətin bir ünsürünü simvolizə edir. Su həyatın başlanğıcıdır və təmizliyi simvolizə edir. İnsanlar odun ətrafında toplaşır, tonqal qalayır və onun üzərindən tullanırlar.Yelin oyanışı, havanın istiləşməsi və baharın gəlişi ilə əlaqələndirilir.Torpağın oyanışı və yeni həyatın başlanğıcı qeyd olunur.Novruz bayramı dostluq, mehribanlıq və həmrəylik rəmzidir. Bu bayram insanları bir araya gətirir, qohumlar arasında əlaqələri möhkəmləndirir və keçmişdən gələn adət-ənənələrin qorunmasına töhfə verir. Bayram zamanı küsülü insanlar barışır, ehtiyac sahiblərinə yardım edilir və xeyriyyə tədbirləri keçirilir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də qazandığımız Zəfər sayəsində Novruz bayramı düz otuz il sonra tar-kamanlı Qarabağda, onun baş tacı Şuşada,Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə qeyd olunur ,Novruz tonqalları çatılır. Otuz ildir həsrətində olduğumuz və bizi həsrətlə gözləyən torpağımızda Bahar bayramının ətri, nəfəsi, ocaqlarımızın istisi yayılır. Novruz ta qədimdən ruhumuzun bayramı olub. Vətən müharibəsində Zəfər çalan milli ruhumuz indi ikiqat bayram edir. Şəhidlərimizin qanı ilə sulanmış Vətən torpaqlarında qalanan tonqalların istisi o igidlərin ruhunu da isidir, şad edir. İşğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə bu yerlərə ayaq basacaq, yurd-yuvasını yenidən quracaq sakinlərinin tər-nəfəsini də duyacaq. Çünki Novruz həm də torpaqla, zəhmətlə yoğurulan yeni günün bayramıdır.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı

Oxşar Xəbərlər

Back to top button