
Aktualinfo Media Qrup xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə cüdo yarışı keçirilib.
10 çəki dərəcəsində keçirilən yarışda ümumilikdə 100-dək idmançı çempion adı uğrunda mübarizəyə qoşulub.
Cüdo yarışının Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan qaliblərinin mükafatlandırılması mərasimində Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev çıxış edib, ölkəmizdə bu idman növünə, cüdoçulara olan dövlət qayğısından bəhs ediblər, idmançılarımızın Azərbaycanı dünyada layiqincə təmsil etdiklərini bildiriblər.
Sonra yarışın qaliblərinə medallar, hədiyyələr və diplomlar təqdim edilib.

























