GündəmMaraqlıSosial

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub

ƏsasXəbər xəbər verir ki, 12 dekabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anım günü münasibətilə rayon ərazisində yerləşən “Meridian Saray”da ehsan süfrəsi açılıb.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.

Mərasim Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi, ruhuna duaların oxunması ilə yadda qalıb. Tədbir iştirakçıları ümummilli liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini hörmət və minnətdarlıqla xatırlayıblar.

Ehsan süfrəsi mənəvi-ruhani ab-hava şəraitində təşkil olunub, tədbir iştirakçıları üçün ehsan paylanıb. Anım mərasimi Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi kimi səmimi və yüksək təşkilatçılıqla keçirilib.

Oxşar Xəbərlər

Back to top button