Analitika

Müstəqil Azərbaycanın böyük xilaskarı,-ümummilli lider Heydər Əliyev

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar kimi yaddaşlara qazınan dahi insanlar vardır.Azərbaycan xalqı və dövləti üçün bu şəxs məhz ulu öndər Heydər Əliyevdir.O,müasir dünyanın tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət,müdrik insan,fitri istedada və qeyri-adi zəkaya sahib dövlət xadimi kimi düşmüşdür.

1993-cü illərdə baş qaldıran vətəndaş müharibələri,ölkədə yaşanan siyasi hərc-mərclik və ən əsası müstəqilliyi itirmək təhlükəsi yarandığına görə Azərbaycan xalqı öz xilaskarı kimi Heydər Əliyevi hakimiyyətə gətirmək tələbini irəli sürdü və ölkənin o vaxtkı rəhbərliyi onu Bakıya çağırmağa məcbur oldu.1993-cü il 3 oktyabr tarixində keçirilən prezident seçkilərində Heydər Əliyev 98.70 faiz səs toplayaraq müstəqil Azərbaycan Respublikasının üçüncü prezidenti seçildi.Ümummilli lider prezident seçildikdən sonra siyasi sabitlik bərpa olundu,bir çox əhəmiyyətli siyasi, sosial islahatlar həyata keçirildi və mühüm dövlət təsisatları yaradıldı.Ən böyük işlərindən biri də Birinci Qarabağ müharibəsini bitirən Bişkek protokolunun imzalanmasıdır.Daha sonra 1994-cü ildə ölkəmizin həyatında mühüm hadisə olan “Əsrin müqaviləsi” imzalanmış və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmişdir.Azərbaycan Respublikasında gənclərlə bağlı vahid dövlət siyasəti 1993-cü ildən həyata keçirilmişdir və məhz Heydər Əliyevin adı ilə bağlıdır.Burada əsas məqsəd gənclərin bilik və bacarıqlarının inkişafına şərait yaratmaq,gənclərin təhsili,tərbiyəsi,hüquqlarının müdafiəsi ilə bağlı məsələləri həll etməkdir.Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə dövlət gənclər siyasətinin əsas prinsipləri müəyyənləşdirilmiş, normativ-hüquqi baza formalaşdırılmış, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakına,onların problemlərinin həllinə yönəlmiş proqram və layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikasının böyük qurucusu,xalqının dərin sevgisini qazanan,böyük ürəkli Vətən oğlu Heydər Əliyev öz Vətəni qarşısında misilsiz fədakarlıqlar göstərmiş,bütün gücündən,imkanlarından əsirgəmədən xalqının və dövlətinin müstəqilliyi uğrunda istifadə etmişdir.Müstəqil Azərbaycan dövləti var olduğu müddətcə Heydər Əliyev Azərbaycan xalqının ürəyində yaşayacaqdır.

Abbasova Zərxanım,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button