Siyasət
Moskvada Azərbaycan və Rusiya arasında sənədlər imzalanıb
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb.
ƏsasXəbər “Report”a istinadən xəbər verir ki, bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirilib.