AnalitikaDünyaGündəmSiyasət

Milli Mətbuatın Yeni Qanunvericilik Binası və İqtisadi Müstəqilliyi

Milli mətbuatımız xalqımızın inkişafında və maariflənməsində hər zaman avanqard rol oynamışdır. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti milli şüurun formalaşmasına və istiqlal məfkurəsinin oyanmasına misilsiz töhfələr vermişdir. Müasir dövrdə isə bu mütərəqqi ənənələr dövlət dəstəyi ilə daha da zənginləşir.

Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması çap və onlayn medianın inkişafına, onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, 2021-ci il dekabrın 30-da qəbul edilmiş “Media haqqında” Qanun ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını və media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyir.

Ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi və media orqanlarının rəqabət qabiliyyətinin artırılması cəmiyyətimiz üçün çox əhəmiyyətlidir. Jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edən bu hüquqi və iqtisadi əsaslar milli mediamızı müasir dünyanın yeni çağırışlarına tam hazır vəziyyətə gətirir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button