AnalitikaGündəmSiyasət

Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq

Biz heç bir işimizdə kimlərəsə arxalanmırıq.. Kiməsə arxalanmaq zəiflik və arxayınlıq deməkdir. Arxalı işin sonu olmaz. Ölkəmiz öz suverenliyinə arxayındır. Apardığımız 44 günlük müharibədə də heç kimə arxayın olmadıq. Milli maraqlar əməldə ortaya çıxdı. İndi isə gələcəyimizi özümüz qururuq. Apardığımız təcrübələr üğurlu alınır. Gərginlik artıq arxada qalmışdır.

Gələcək üçün önəmli məqamlardan biri də odur ki, ölkələr beynəlxalq təsisatlara deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət versinlər. Ətrafda baş verən hadisələr bunu göstərir ki, hər kəs öz taleyinin sahibi olmalıdır. Artıq dəyişikliklərə uğurla başlamışıq. Bu işdə özümüz özümüzü bəyənirik. Qlobal dəyişikliklər yenicə başlayıb deyə bilərik.

Gələcəyimizi qurmaq baxımından böyük təcübəmiz var. Biz öz resurslarımıza güvənirik. Azərbaycanın inkişafı üçün maraqlı olanlar da çoxdur. Bu da olmalıdır. Çünki dünya siyasəti bundan ibarətdir. Azərbaycana heç kim müdaxilə edə bilməz. Biz heç kimdən çəkinmirik, öz maraqlarımızı qoruyuruq. Bu gün Azərbaycan özünü qoruya bilən ölkədir. Ölkəmiz balanslaşdırılmış siyasət yürüdür.

Azərbaycan yüksək templə inkişaf edir. Bunun da kökündə Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü ağıllı siyasət dayanır.

Vəfa Tağıyeva,
Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin İbtidai sinif müəllimi 

Oxşar Xəbərlər

Back to top button