
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətənmüharibəsi Azərbaycan tarixinə Qələbə, birlik vəfədakarlıq salnaməsi kimi həkk olundu. Prezident, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyiilə Azərbaycan Ordusu uzun illər işğal altında qalmıştorpaqlarımızı azad etdi. Vətənimizin taleyinin həllolunduğu həmin günlərdə xalqımız bir yumruq kimibirləşdi. Hər kəs öz bacarığı və imkanları daxilindəQələbəyə töhfə verməyə çalışdı. Bu ümumxalq birliyininön sıralarında isə döyüş meydanında yaralı hərbçilərinhəyatını xilas etmək üçün çalışan ağ xalatlıqəhrəmanlarımız da var idi.
Müharibənin ilk günlərindən yüzlərlə həkim, feldşer vədigər tibb işçisi könüllü olaraq cəbhəyə yollanmaq üçünmüraciət etdi. Onlar doğmalarından, ailələrindən ayrılaraqəsgər və zabitlərimizin yanında olmağı, ən çətin anlardaonların həyatını qorumağı özlərinə mənəvi borc bildilər. Döyüş meydanında silahla deyil, tibbi çantaları, bilik vəbacarıqları ilə insan həyatı uğrunda mübarizə apardılar. Mərmi yağışı altında yaralılara ilk tibbi yardım göstərdilər, onları atəş zonasından çıxararaq hospitallara çatdırdılar.
Cəbhə xəttində və hərbi tibb müəssisələrində gecə-gündüzdavam edən bu mübarizənin hər anı insan həyatı üçünqiymətli idi. Həkimlərimiz bəzən saatlarla əməliyyatmasasından ayrılmadan çalışır, bir yaralının həyatını xilasetdikdən sonra digərinin köməyinə tələsirdilər. Yorğunluğa, yuxusuzluğa və təhlükəyə baxmayaraq, onlarneçə-neçə əsgər və zabitimizin həyatını xilas etmək üçünbütün bilik və bacarıqlarını səfərbər etdilər. Bu fədakarlıqyolunda yaralananlar, xidməti vəzifələrini yerinəyetirərkən şəhidlik zirvəsinə ucalanlar da oldu.
Bu fədakarlığın unudulmaz simalarından biri hərbi feldşer, çavuş Arəstə Baxışovadır. Füzuli, Zəngilan və Qubadlıistiqamətlərində yaralı hərbçilərimizə yardım göstərənArəstə Baxışova xidməti vəzifəsini yerinə yetirərkən şəhidolub. O, Vətən müharibəsinin yeganə qadın şəhidi kimixalqımızın yaddaşında əbədi yaşayır.
Hərbi tibb xidmətinin polkovnik-leytenantı RasimAbdullayev, leytenant Turqut Xəlilbəyli, eləcə də AzərŞəmilov, Adil Əfəndiyev, Mirlətif Ağayev, AnarMəmmədov və digər şəhid tibb işçilərimiz də öz peşəborclarını yerinə yetirərkən həyatlarını Vətən yolunda fədaediblər. Onların fədakarlığı Vətən müharibəsininqəhrəmanlıq salnaməsinə əbədi həkk olunub.
Dövlətimizin başçısı cənab İlham Əliyev müharibədövründə yaralı hərbçilərə tibbi yardımın vaxtındagöstərilməsini diqqətdə saxlayıb. Prezident 2021-ci ildəXocavənd rayon ictimaiyyətinin nümayəndələri iləgörüşündə müharibə zamanı yaralı hərbçilərin döyüşmeydanından təxliyəsi və onların tibb müəssisələrinəçatdırılması məsələsinə toxunub. Dövlət başçısınındiqqətində olan bu istiqamətdə hərbi tibb xidmətininəməkdaşları ağır və məsuliyyətli vəzifəni şərəflə yerinəyetiriblər.
Müharibə başa çatdıqdan sonra da yaralı hərbçilərin vəqazilərin sağlamlıqlarının bərpası istiqamətində işlərdavam etdirilib. Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirməmərkəzləri müharibə ilə əlaqədar xəsarət almış hərbiqulluqçulara və digər aidiyyəti şəxslərə tibbi-sosialekspertiza, reabilitasiya, müalicə, müayinə və digərxidmətlərin göstərilməsinin əlaqələndirilməsinə xidmətedir.
Qazilərimizin müasir protezlərlə təmin olunması, onlarınsağlamlıqlarının bərpası və sosial müdafiəsiningücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər dədövlət qayğısının mühüm tərkib hissəsidir.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda həyatyenidən canlanarkən, həmin torpaqlar uğrunda döyüşənhərbçilərimizlə yanaşı, onların həyatını xilas etmək üçünöz canlarını təhlükəyə atan tibb işçilərimizin fədakarlığı dadərin ehtiramla xatırlanır. Onların əlləri döyüşün ən ağıranlarında yaraları sarıdı, neçə-neçə əsgərimizi ölümünpəncəsindən alaraq ailələrinə qovuşdurdu. Ağ xalatlıqəhrəmanlarımızın insan həyatına və Vətənə sədaqətləyazdıqları bu salnamə xalqımızın yaddaşında daimyaşayacaq.
Aytən Qurbanova,
YAP Yasamal rayon “H.B. Zərdabi pr. 61” (19 saylıŞəhər Poliklinikası)
ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylıŞəhər Poliklinikasının baş həkimi



