
Azərbaycan Cənubi Qafqazın, Türkmənistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi iki böyük region arasında təbii köprüdür. Prezident İlham Əliyevin Türkmənistana səfəri bu iki coğrafi məkan arasında strateji inteqrasiyanın daha da dərinləşməsinə güclü təkan vermişdir.
İki ölkənin birgə fəaliyyəti Avrasiya məkanında yeni iqtisadi və siyasi reallıqlar yaradır. Görüşlər çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının iqtisadi imkanlarının birləşdirilməsi və birgə infrastruktur layihələrinin icrası geniş müzakirə olunmuşdur.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün ən əlverişli marşrutdur. Bu baxımdan Türkmənistanla tərəfdaşlıq xüsusi strateji çəkiyə malikdir.
Səfər zamanı regional təhlükəsizlik risklərinin birgə qiymətləndirilməsi və sabitliyin qorunması üçün mexanizmlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Hər iki dövlət başçısı regionlararası dialoqun gücləndirilməsinin vacibliyini bəyan etmişlər.
Beləliklə, Azərbaycan və Türkmənistanın strateji tərəfdaşlığı Mərkəzi Asiya və Cənubi Qafqazı vahid məkan kimi birləşdirir. Prezident İlham Əliyevin səfəri bu inteqrasiya prosesinin sürətləndirilməsində mühüm mərhələyə çevrilmişdir.
Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini



