GündəmSiyasət

Mərakeş parlamentariləri Fəxri xiyabanı ziyarət ediblər

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti iyunun 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

Esasxeber AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti Ulu Öndərin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıb.

Oxşar Xəbərlər

Back to top button