Gündəmİqtisadiyyat
Lirə rekord həddə ucuzlaşdı
Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.
ƏsasXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/35 səviyyəsinə enib. Hazırda birjalarda bir dollar 35 lirədən baha ticarət olunur. Bu da rekord həddə ucuzlaşma deməkdir.
1 avro isə 37 lirə həddinə yaxınlaşmaqdadır.
Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 7 dəfəyə yaxın dəyər itirib.