İdman

Levandovski də Vinisiusu geridə qoydu

La Liqada oktyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

ƏsasXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Barselona”nın 36 yaşlı hücumçusu Robert Levandovski bu ada laiq görülüb.

Hücumçu səsvermədə Vinisius Junior (“Real Madrid”), Antuan Qrizmann (“Atletiko”), Aleks Berenqer (“Atletik”) və Mikel Oyarzabalı (“Real Sosyedad”) üstələyib.

Polşalı ötən ay meydana çıxdığı 3 matça 7 qol vurub. O, “Alaves”lə oyunda het-trik edib, “Sevilya” və “Real Madrid”lə görüşlərdə isə dubla imza atıb.

Ümumilikdə, futbolçu bu mövsüm bütün yarışlarda 14 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

Oxşar Xəbərlər

Back to top button