İspaniya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.
ƏsasXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarımfinalda “Atletik” (Bilbao) və “Barselona” komandaları qarşılaşıb.
Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Qavi (17) və Lamin Yamal (53) vurublar. Bununla da “Barselona” adını finala yazdırıb.
Qeyd edək ki, yarımfinalın digər görüşündə “Real Madrid” ilə “Malyorka” üz-üzə gələcək. Finalı matçı isə yanvarın 12-də baş tutacaq.